İdman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlərdə finalçılar məlum olub

  • By admin
  • 16 Mart 2018 19:13


Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında turnikdə hərəkətlərdə finalçılar məlum olub.

Gununsesi.info-nun məlumatına görə, təsnifat yekunları üzrə Vlasios Maras (Yunanıstan), Bart Derlu (Niderland), Kenta Çiba və Kadzuma Kaya (Yaponiya), Andrey Lixovitski (Belarus), Anton Kovaçeviç (Xorvatiya), Yerbol Cantıkov və Daniil Baturin (Qazaxıstan) finala çıxıblar.

Azərbaycanlı gimnastlar Murad Ağarzayev və Timur Bayramv müvafiq olaraq 25 və 21-ci yeri tutub və finala çıxa bilməyib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.

Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşina, paralel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.

Kişi təmsilçilərimiz isə təəssüflər olsun ki, paralel qollar, sərbəst hərəkətlər və halqalarda finala vəsiqə qazana bilməyiblər. Onlar martın 16-da daha 3 alətdə (dayaqlı tullanma, dəstəli at və turnik) öz güclərini sınayacaqlar.

Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Gununsesi.info