İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir

  • By admin
  • 24 Oktyabr 2016 14:16
millimeclis-2015_40
Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Bu məqsədlə “Bədən tərbiyəsi və idman haqqında” qanuna, Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik nəzərdə tutulur.
 Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM)  Gənclər və idman komitəsinin oktyabrın 24-dəki iclasında   yuxarıda adıçəkilən qanunlara müvfiq dəyişikliklər müzakirə olunub.
 Qanunlara nəzərdə tutulan dəyişikliklər barəsində parlamentarilərə məlumat verən Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki,  Cunayət Məcəlləsinə 192-2  (idman yarışlarının manipulyasiyası) maddəsi əlavə edilir: “192-2.1 maddəsində idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sposnsora və ya digər şəxsə onun özü  və ya  üçüncü şəxslər üçün birbaşa və ya  dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və  ya sair nemət, imtiyaz və ya güzəşt  təklif olunması, vəd edilməsi və ya  verilməsinə görə- üç min manatdan beş min manatadək cərimə və ya 3 ildən 6 ilədək müddətə  azadlıqdan məhrumetmə ; 192-2.2 – idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sposnsora və ya digər şəxsə onun özü  və ya  üçüncü şəxslər üçün birbaşa və ya  dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və  ya sair nemət, imtiyaz və ya güzəşt  təklif olunması, vəd in qbəul edilməsinə görə- üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşöul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən6 ilədək müddətə  azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Məcəllənin 192-2.3 və 192-2.2 maddəsində isə bu hal təkrar törədildikdə, mütəşəkkil  dəstə və cinayətkar  birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müdəətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qanun layihəsinə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsopra və digər şəxsə, yaxud, onların yaxın qohumlarına zor tətbiq etmə və ya, hədələmə,  onlar barədə rüsvayedici  məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə isə  3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikə, 3 ildən 6 alədək azadlıqdan məhrumetmə ilə cəzalandırlacaq.
Qanun layihəsi parlamntin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Mürtəza
 
Gununsesi.info