İdmançılarımız Gürcüstanda beynəlxalq turnirdə 3 medal qazanıb - FOTOLAR

  • By admin
  • 11 İyul 2017 11:44

divara_dirmanma_110717_03

Azərbaycan idmançıları Gürcüstanda idman dırmanması üzrə beynəlxalq turnirdə üç gümüş medala layiq görülüblər.

Bu barədə Gununsesi.info-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 56 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fuad Abdullayev 2000-2001-ci il təvəllüdlü idmançılar arasında idman dırmanması (çətinlik növü) üzrə yarışda ikinci yerə sahib olub.

Bakı İdarəetmə və Texnologiya Kollecinin IV kurs tələbəsi Gəray Əliyev isə 1998-1999-cu il təvəllüdlü idmançılar arasında idman dırmanması (sürət və çətinlik növü) üzrə yarışlarda ikinci yeri tutub.

Qaliblərə medal, diplom və mükafat təqdim edilib.

divara_dirmanma_110717_02 divara_dirmanma_110717_01

Gununsesi.info