II Dünya müharibəsinə aid bomba aşkarlandı

  • By admin
  • 10 Avqust 2017 20:00

yapon_polis_38576

Yaponiyada “Fukusima” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında İkinci Dünya Müharibəsinə aid partlamamış bomba aşkar edilib.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, partlayıcı qurğunu stansiya yaxınlığında təmizlik işləri aparan işçilər aşkar ediblər.

Bombanın uzunluğu 85 santimetr, diametri 15 santimetr təşkil edir. Bombanın zərərsizləşdirilməsi üçün hadisə yerinə mütəxəssislər çağırılıb.

Bildirilib ki, “Fukusima” AES adi rejimdə işini davam etdirir.

Gununsesi.info