Tbilisidə güclü yanğın baş verib

  • By admin
  • 10 Avqust 2017 20:10

rut8798_586787

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidəki Mtasminda istirahət parkında güclü yanğın baş verib.

Yanğını söndürmək üçün əraziyə 70 yanğınsöndürən briqada və helikopterlər cəlb olunub.

Yanğın tam söndürülməsə də alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Əraziyə xeyli sayda təcili yardım briqadaları da cəlb olunub, lakin yaralanan və zərərçəkənlər barədə dəqiq məlumat verilmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Teya Pertaya bildirib ki, yüksək dağlıq və kəskin relyefi olan sahələrdə yanğını hələlik tam söndürmək olmasa da alovun əhalinin yaşadığı ərazilərə keçməsinin qarşısı alınıb. İki hektara yaxın ərazi yanıb.

Qeyd edək ki, Mtasminda istirahət parkı dağüstü ərazidədir və Gürcüstan televiziya qülləsi də bu dağda yerləşir. Park turistlərin ən çox üz tutduqları istirahət məkanlarından biridir.

Gununsesi.info