III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq

  • By admin
  • 28 Oktyabr 2021 12:47

III ixtisas qrupu üzrə ali məktəblərə qəbul qaydalarında dəyişikliklər bu qrupda müsabiqə vəziyyətinə təsir etməyəcək. III ixtisas qrupuna 1300 plan yeri əlavə olunacaq.

Gununsesi.info-nun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bir növ III qrupda gərginlik aşağı düşəcək:

“300 baldan yuxarı bal toplayıb kənarda qalan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Yüksək reytinqli ixtisaslarda isə vəziyyət olduğu kimi qalacaq”.

Gununsesi.info