İki avtomobil toqquşdu, yaralılar var

  • By admin
  • 16 Oktyabr 2016 18:01

qeza

Ağstafada üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan iki nəfəri Qazax Müalicə Diaqnostika Mərkəzinə, bir nəfər isə Ağstafa mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Gununsesi.info