İki ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə öldü

  • By admin
  • 06 Sentyabr 2017 15:48
59afe3e768971_1497864425_qocakishi
Lənkəranda iki ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə ölüb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan Xanoğlan Əlican oğlu Əzizov dünyasını dəyişib.
Qeyd edək ki, məlum qətl hadisəsi bu ilin iyununda Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib.

Gununsesi.info