Cavid Qurbanov barəsində deyilənləri təkzib etdi - AZƏRBAYCANDA JURNALİSTLƏRƏ MƏNZİLİ ÖLKƏ BAŞÇISI VERİR

  • By admin
  • 06 Sentyabr 2017 15:42

cavid qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Kəlbəcər rayonundan millət vəkili seçilən Cavid Qurbanov bəzi internet saytlarında guya həmyerlisi olan bir qrup jurnalistə mənzil bağışlaması ilə bağlı iddialara cavab verib.

Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov bu barədə yazılanları qeyri-ciddi, ucuz məlumatlar kimi qiymətləndirib. Onun sözlərinə görə, bütün bunlar əsassız, cəfəngiyat dolu boş söhbətlərdir.

Millət vəkili bildirib ki, Azərbaycanda mətbuatın inkişafı üçün Azərbaycan dövləti öz üzərinə düşənləri edir: “Ölkə başçısı özü jurnalistlərə mənzil bağışlayıb və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qayğıları, problemləri ilə cənab prezident məşğul olur. Mənim nə şirkətim, nə də o qədər imkanım var ki, jurnalistlərə ev verim. Azərbaycanda mətbuatın, jurnalistlərin qayğıları həmişə cənab prezidentin diqqətində olub və bu gün də ölkə başçısının diqqətindədir”.

Gununsesi.info