Tanınmış yazıçı, publisist Xeyrəddin Qoca televiziyaların efir siyasətini tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, televiziya efirlərində bəzi proqramların məzmun siyasətindən narazılığını ifadə edən yazıçı deyib:
“Axşam saat 7-də” verilişinin bir neçə dəqiqəsinə baxdım və efirdə səsləndirilən suallardan təəccübləndim.
Aparıcı müğənnilərə görün, nə sual verir: “İtirdikləriniz çoxdur, yoxsaHeç dəxli var?
Sonra da bir-bir müğənnilərdən suala cavab almaq istəyir! Onlar da nə deyəcəklərini bilmədiklərindən bir-birini təkrar etməyə məcbur olurlar. Məsələn, deyirlər “əzizlərimizi itirmişik, ya da valideyinlərimizi, yaxınlarımızı itirməkdən qorxuruq”!
Belə lazımslz sual-cavablarla efiri doldurmaq kimə lazımdır? Müğənniləri çağırmısınız, qoyun oxusunlar də…
Yaxşıdır, mən müğənni olmamışam, o verilişdə iştirak etməmişəm. Deyərdim ki, “bu gün filan qədır pul qazanmışam”!..
Yazıçı hesab edir ki, efir vaxtının bu cür ümumi və məzmun baxımından maraq doğurmayan sual-cavablarla doldurulması televiziya proqramlarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır.
Firuzə Mahmudova
Gununsesi.info











