“İki aydır maaş almırdıq”

  • By admin
  • 13 Mart 2017 23:08

n

 

Bakı “İnter”inin futbolçusu Elnur Abdullayev Topaz Premyer Liqanın 22-ci turunda “Sumqayıt”la matçdan (1:0) sonra oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq qələbəni şərh edib.

-“Qəbələ” ilə matçda o qədər də yaxşı oynamamışdıq. Bu oyunda da mütləq 3 xalı qazanmalı idik. Üçüncü yeri əldən verməmək üçün qələbə önəmli idi. İlk hissədə daha yaxşı oynadıq, nəinki ikinci hissədə. Ola bilər ki, yorğunluq var idi  və bəzi futbolçularımız xəstə idi. Əsas olan qalibiyyətdir.

-“İnter”in futbolçuları çox vaxt yorğunluqdan şikayət edirlər. Səncə, səbəbi nədir?

-Elə vaxt olur ki, psixoloji cəhətdən yorulursan. Deyərdim ki, yeganə komandayıq ki, bu motivasiyada oynayırıq. Baş verən hadisələrə baxmayaraq, öz oyunumuzu stabil qalır. Heç bir klubda olmasa da, bu, bizdə var. Uşaqları təbrik edirəm. Bu gün də göstərdik ki, biz komandayıq.

– Çempionatda iddialı olmayan “Sumqayıt”a qarşı bu gün müdafiə oyunu oynadınız..

-Bu sistem onu tələb edir. İlk hissədə daha çox hücuma atılırdıq. Ancaq ikinci hissədə daha çox əks hücumlarda qol vəziyyəti yaratmağa çalışdıq.

-Oyun zamanı əsəbi görünürdün. Bu, nədən irəli gəlir?

-Ayağımda ağrılar olduğu üçün əsəbləşmişdim. Amma hər şey meydançada qaldı. Belə şeyləri oyundan sonra müzakirə etməyi xoşlamıram.

-Komandada maddi durum nə yerdədir? Maaş ala bilirsiniz?

-İki aydır ki, maaş almırdıq. Amma sonuncu maaşları veriblər. Bir ayın maaşı qalıb, onun da yaxın günlərdə veriləcəyinə ümid edirik.

-Ruslan Abışov komandadan ayrıldıqdan sonra həmin mövqedə sən çıxış edirsən. Düşünürsən ki, onun yoxluğunu hiss elətdirmirsən?

-Ruslan qardaşımızdır. Onun oynadığı zaman da mən oynayırdım. Hər bir futbolçunun öz stili var. Mən belə oynayıramsa, Ruslan başqa cür oynayır.

– Necə düşünürsən, səncə, Prosineçkinin fəlsəfəsinə uyğunsan?

-Mən bu suala cavab vermək istəmirəm. Hər bir məşqçinin öz fikirləri, bəyəndiyi futbolçular var.

Gununsesi.info