İki nəfər dəm qazının qurbanı oldu –  Xaçmazda

  • By admin
  • 29 Yanvar 2017 12:43

ee4c96ec8b8fdd80cad9967c347a46ea

 

Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.

Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info