İki rayonun kəndlərində qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 16 Avqust 2016 17:04

azeriqaz-300x240

Avqustun 17-də saat 12-dən 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Masallı rayonunun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, aparılan işlərin Bakı şəhərinin Xətai rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gununsesi.info