Müharibə Veteranlarının Respublika Xəstəxanasının adının “Müharibə Veteranlarının Sağlamlıq Mərkəzi” olaraq dəyişdirilməsi ilə bağlı fikirlər var.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik.
Qurumdan Gununsesi.info-ya bildirildi ki, müəssisənin adının dəyişdirilməsi gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlər çərçivəsində nəzərdən keçirilə bilər.
Açıqlamada qeyd olunub ki, bu zaman müəssisənin fəaliyyət xüsusiyyətləri, normativ-hüquqi tələblər və aidiyyəti qurumların rəyləri nəzərə alınacaq.
Qeyd edək ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası Bakının Xəzər rayonu ərazisində yerləşir və 1972-ci ildən fəaliyyət göstərir. Tibb müəssisəsində ölkə üzrə bütün əmək və müharibə veteranlarına, şəhid ailələrinə, Çernobıl əlillərinə və Əfqanıstan müharibəsi veteranlarına tibbi xidmət göstərilir.
Vüsal












