İki universitetdə əməliyyat - 20 NƏFƏR SAXLANILDI

  • By admin
  • 06 İyul 2017 15:52

09

Türkiyədə Fətullah Gülən və “Paralel dövlət” (FETÖ/PDY) təşkilatlanmasına ilə bağlı Konya Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 24 şübhəlinin tutulması barədə qərar verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar əsasında Konya Təhlükəsizlik İdarəsinin əməkdaşları Səlcuq və Nəcməddin Ərbakan universitetlərində FETÖ/PDY tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirib.

Belə ki, əməliyyat nəticəsində 20 nəfər həbs edilib, 4 nəfərin həbsi üçün axtarışa verilib. Həbs olunanlar arasında akademiklər də var. Onlar FETÖ ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd edək ki, saxlanılanlar Konya Təhsil və Araşdırma Xəstəxanasında tibbi müayinədən keçdikdən sonra izahatlarının alınması üçün Terrorla Mübarizə Şöbəsinə aparılıblar.

Anar

Gununsesi.info