İki yaşlı uşaq anasının ölümünə səbəb oldu - AXIL ALMAZ HADİSƏ

  • By admin
  • 12 Sentyabr 2019 21:12

Belarusiyada 2 yaşlı uşaq anasının ölümünə səbəb olub.

Gununsesi.org xəbər verir ki, gənc ana övladını maşının içərisindən götürməyə çalışarkən uşaq düyməni basaraq avtomobilin pəncərəsini bağlayıb.

Başı pəncərənin arasında qalan gənc qadın boğulub.

Hadisə avqustun 31-də baş verib. 21 yaşını qeyd edən gənc ana Yulia Şarkom öz doğum günündə bədbaxt hadisə ilə üzləşib. Qadının həyat yoldaşı Artur Şarkom onu avtomobilin pəncərəsində huşsuz vəziyyətdə aşkar edib. Şüşəni qıraraq həyat yoldaşını xilas etməyə çalışan gənc oğlan onun boğulduğunu görüb. Hadisə yerilən təcili tibbi yardım çağırılsa da qadının həyatını xilas etmək mümkün olmayıb. Gənc qadın müalicə aldığı xəstəxanada 8 gün sonra boğulma zamanı beynində əmələ gələn zədələrdən vəfat edib.

Gununsesi.org