İlahiyyatçının məhkəməsi iyulun 19-na qaldı

  • By admin
  • 12 İyul 2016 16:33

elşən

 

Bu gün Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsində ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib. Gununsesi.info-nun məlumatına görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

 

Gülnaz Qənbərli