İlanın sancıb öldürdüyü inəyin ətini yeyənlər xəstəxanalıq oldu

  • By admin
  • 05 Fevral 2018 20:55

Cənubi Afrika Respublikasında (CAR) 60 nəfər inək ətindən zəhərlənərək xəstəxanaya düşüb.

Gununsesi.info xəbər verir ki, Mpoza kəndinin sakinləri kobra sancması nəticəsində ölən inəyin ətini yeyiblər.

Nəticədə onlarbaş ağrısı, qusma, ishal və digər şikayətlərlə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında 16 uşaq və 4 yaşlı şəxs olub.

Sakinlər özləri “ilanın qəzəbi” nəticəsində xəstəxanaya düşdüyünü hesab edib.

Gununsesi.info