
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Gununsesi.info Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Gununsesi.info












