İlham Əliyev: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq beş milyon dollar ayırır”

  • By admin
  • 04 May 2020 16:16

“Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün təklif olunan bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatında yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək”.

Gununsesi.org xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə ölkə başçısı İlham Əliyev deyib.

Onun sözlərinə görə, həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək:

“Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq, beş milyon dollar ianə ayırır.

Bu vəsait bizimlə razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur”.

Gununsesi.org