İlham Əliyev başsağlığı verdi

  • By admin
  • 09 Avqust 2016 11:32

ilham

 

Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Gununsesi.info həmin məktubu təqdim edir:

“Hörmətli cənab Prezident,

Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

Gununsesi.info