İlham Əliyev dünya çempionatının açılışı üçün Rusiyaya gedir

  • Müəllif: admin
  • 11 İyun 2018 13:10
Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.
Gununsesi.info-nun məlumatına görə, bu barədə RİA “Novosti” Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.
Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək.
Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.
Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.