İlham Əliyev Putinin açıqlamasına münasibət bildirdi

  • By admin
  • 18 Dekabr 2020 17:01

Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bugünkü iclasında Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı açıqlamasından da bəhs edib.

“Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox mühüm açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də mühüm açıqlamadır”.

Xatırladaq ki, dünən Putin illik mətbuat konfransı zamanı Dağlıq Qarabağın hüquqi baxımdan Azərbaycanın bir hissəsi olduğunu deyib.

Gununsesi.org