Əliyev Qətərə getdi, “Al Faisal Holding” şirkətinin rəhbəri ilə görüşdü - FOTOLAR- YENİLƏNİB

  • By admin
  • 26 Fevral 2017 21:10

qatar-aliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gedib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qətərin İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Casim bin Məhəmməd Əl Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

***

qatar-aliyev-1

İ. Əliyev fevralın 26-da Dohada “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidentinin Qətərə bu səfərinin ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Böyük biznes qurumunun rəhbəri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycana səfərini xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarının olduğunu dedi. Şeyx Faisal bin Qassim bin Faisal Al Tani Azərbaycanın müasir və təhlükəsiz ölkə olduğunu qeyd etdi. O, ölkəmizdə Qətər vətəndaşlarına xoş münasibət göstərildiyini məmnunluqla vurğuladı, yaxın gələcəkdə böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini dedi.

Söhbət zamanı ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

Gununsesi.info