İlham Əliyev Qırğızstana gedir

  • By admin
  • 15 Sentyabr 2016 17:50
ilham_atambayev_2
Prezident İlham Əliyev  sabah Qırğızstana səfər edəcək.
Gununsesi.info xəbər verir ki,  bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov jurnalistlərə açıqlamasında deyib.
Sentyabrın 16-da Bişkekdə MDB Dövlət Başçıları Şurasının növbəti iclası barədə məlumat verən  Y. Uşakov deyib ki, bu sammit yubley görüşü olacaq: “Çünki 25 il bundan öncə Alma-Atıda MDB-nin yaraması ilə bağlı bəyannamə imzalanıb”.
Sammitdə iştirak edəcək dövlət başçılarına gəldikdə Y. Uakov deyib ki, artıq Azərbaycan, Belarus,Qazaxstan, Qırğızstan,  Rusiya, Tacikstan və Ermənistan prezdentləri  sammitdə iştiraklarını təsdiq ediblər. Moldovanı baş nazir, Türkmənistanı baş nazirin müavini, Özbəkistanı Xarici işlər naziri, Ukraynanı isə səfir təmsil edəcək”- deyə, prezdentin köməkçisi  vurğulayıb.
Y. Uşakov onu da əlavə edib ki, Ukrayna səfiri məhdud çərçivədə keçirilən görüşdə iştirak edə bilməyəcək.
Sammit məhdud və nümayəndə heyətlərinin iştirakı iləa geniş tərkibdə keçriləcək. Sonda  sənədlərin imzalanma mərasimi olacaq.
Gununsesi.info