İlham Əliyev Tailand kralına təbrik məktubu göndərib

  • Müəllif: admin
  • 04 Dekabr 2017 18:04

Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:

“Əlahəzrət!

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info