İlham Əliyev Tarix Muzeyi ilə bağlı SƏRƏNCAM VERDİ

  • By admin
  • 04 Dekabr 2019 18:23

Ölkə başçısı İlham Əliyev Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Gununsesi.org