İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

  • By admin
  • 22 Dekabr 2017 18:30

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Akihitoya təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info