İlham Əliyevdən ATƏT-ə çağırış : “Ermənistana ciddi təzyiq göstərin”

  • By admin
  • 10 İyul 2016 18:20

ilya-1

 

“Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”.

Gununsesi.info xəbər verir ki,  bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən prezident Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Çıxışında Ermənistan-Azərbaycan  münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir” – deyən İ. Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır” – deyən dövlət başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırıb.

Gununsesi.info