İlk dərs günü hava necə olacaq? - PRAQNOZ

  • By admin
  • 15 Sentyabr 2019 14:13

Sentyabrın 16-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Gununsesi.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.

 

Gununsesi.org