
Saçları və dərisinin rəngi ilə zaman-zaman gündəmə gələn ABŞ prezidenti Donald Tramp ilk dəfə bununla bağlı açıqlama verib.
Gununsesi.org-un məlumatına görə, prezident enerjiyə qənaət edən lampaların işığı səbəbindən dərisinin fotolarda narıncı rəngə çaldığını deyib. O bildirib ki, həmin lampaları əngəlləməyə çalışsalar da, cəhdləri uğursuz olur: “Lampalar. İnsanlar “lampalara bə olub?” deyə soruşurlar. İstifadəyə məcbur edildiyimiz lampaların işıqları çox da yaxşı deyil. Ona görə də, həmişə narıncı rəngdə düşürəm”.
Gununsesi.org