İlk demokratik cümhuriyyətiniz təhsilə böyük önəm vermişdi - FRANSA SƏFİRİ

  • By admin
  • 24 May 2018 22:45

“Fransa xarici işlər nazirinin bu günlərdə Azərbaycana gerçəkləşəcək səfəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə bir töhfədir. Nazir burada yüz illiklə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək”.

APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

AXC və Fransa arasında müxtəlif sahələrdə ümumi cəhətlər olduğunu vurğulayan səfir əlavə edib ki, bu ortaq cəhətlər əsasən təhsil sahəsində müşahidə olunub: “İlk demokratik cümhuriyyət təhsilə böyük önəm vermiş və bu sahəsində böyük uğur qazanmışdı. Azərbaycanda təhsilə əhəmiyyət verilməsini bu gün də hiss edirik. Fransa da öz növbəsində təhsil sahəsinin inkişafına töhfə verməkdən çox şaddır”.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-İv Lö Drian bu ayın sonunda Azərbaycana səfər edəcək. Onun Gürcüstan və Ermənistana səfəri də nəzərdə tutulur.