İllər sonra 6 cinayətin üstü açıldı

  • By admin
  • 25 İyul 2022 10:29

İyulun 23-də və 24–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 95-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Gununsesi.info