İlon Mask Konqres binasına hücum edənləri lağa qoydu

  • By admin
  • 09 Yanvar 2021 10:51

İlon Mask ABŞ-ın paytaxtı Vaşinqtonda Tramp tərəfdarlarının Konqres binasına hücumu ilə bağlı “Twitter”də məzəli paylaşım edib.

O, etirazçıların ən parlaq nümayəndəsi – şaman-vikinq geyimində olan və başına bizon buynuzları taxmış Ceyk Anjelinin şəklini paylaşaraq altına bu sözləri yazıb: “Görün, “Burning Man” festivalı təxirə salınanda nə baş verir”.

​Bununla İ.Mask nümayişçi Anjelinin qeyri-adi kostyumunun sanki məxsusi olaraq 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınan festival üçün hazırlandığına işarə vurub.

Qeyd edək ki, “Burning Man” (“Yanan adam”) festivalı hər il avqust ayının sonuncu bazar ertəsindən başlayaraq sentyabrın sonuncu bazar ertəsi gününə kimi davam edir. Festival iştirakçıları bu tədbirə qəribə kostyumlar geyinərək qatılırlar. Festival ənənəvi olaraq nəhəng insan fiqurunun yandırılması ilə başa çatır.

Gununsesi.info