İlon Mask “Tesla”nın tam avtonom avtomobil hazırlayacağını açıqladı

Amerikalı iş adamı İlon Mask bildirib ki, onun elektrokar istehsalı üzrə şirkəti “Tesla” tam avtomatlaşdırılma texnologiyasına – avtonom idarəetmənin beşinci səviyyəsinə sahib avtomobillər yaradılmasına yaxındır.

Gununsesi.org bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Milyarder qeyd edib ki, “Tesla” cari il ərzində sözügedən texnologiyanın funksionallığına nail ola biləcək.

Mask qeyd edib ki, hazırda avtomobillərdə daha mükəmməl kompüterlərin istifadəsinə imkan verəcək yeni soyutma sisteminin üzərində iş gedir.

Gununsesi.org