İlqar Məmmədov qurultayda sədr seçilmədi – ReAl-da onlayn qurultay

  • By admin
  • 05 Avqust 2020 09:07

ReAL Partiyası avqustun 4-də onlayın qurultay keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Arqument.az-a qurultayın təsis etdiyi Siyasi Komitənin üzvü Natiq Cəfərli deyib.

O bildirib ki, qurultaya 108 nümayəndə seçilsə də, onlayın müzakirədə 98 nəfər iştirak edib.

“Zoom” proqramı 100 nəfərin iştirakına imkan verir. Amma 98 nəfər iştirak etdi”, – Cəfərli deyib.

Onun sözlərinə görə, İlqar Məmmədov qurultayda sədr seçilməyib: “Qurultayda partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Siyasi Komitə təsis edildi və üzvlər seçildi. Sədri də Siyasi Komitə seçəcək”. 

Siyasi Komitəyə İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Zaur Qurbanlı və Mahmud Mahmudov üzv seçilib. Natiq Cəfərli Siyasi Komitənin genişləndiriləcəyini də istisna etməyib. 

O qeyd edib ki, qurultay kollegial orqan kimi Siyasi Komitəyə geniş səlahiyyət verib. 

“Qurultayda 5 nəfər Nəzarət-Təftiş Komissiyası seçildi. NTK rotasiya üsulu ilə hər 3 aydan bir dəyişdiriləcək. Bütün qurultay nümayəndələri yaxın 4 il ərzində növbəti qurultaya qədər NKT-nın üzvü olacaqlar. Yeni nizamnaməyə əsasən sədrin səlahiyyətləri azaldılıb”, – o deyib. 

Gununsesi.info