
İmişli rayonunun Çaxırlı kəndinin otlaq sahəsindən ümumilikdə 7 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 30-da Çaxırlı kəndinin otlaq sahəsindən 5 kənd sakininə məxsus ümumilikdə 7 baş inəyi oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri Aruz Paşalı, Qalib Həsənli və Fuad Məmişov tutulublar.
Anar
Gununsesi.info









