Oğurluq və dələduzluqda ittiham olunan şəxs tutulub

  • Müəllif: admin
  • 01 İyun 2017 13:10

hebs1
Xırdalan şəhərindəki evlərdən birindən pul, televizor və qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Xırdalan şəhərindəki evlərdən birindən 500 manat pul, 2 ədəd televizor və qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Sultan Qazıyev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon ərazisində daha bir evdən, bir kafedən, habelə bir orta məktəbin və kollecin inzibati binalarından qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bundan başqa Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən il oktyabrın 6-da Bakı şəhər sakini İsmayıl Cəfərovdan 12500 manat dəyərində inşaat materiallarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini İlkin Əliyev tutulub.

Anar
Gununsesi.info