İmişlinin baş həkimindən əcaib açıqlama - PANİK VƏZİYYƏTƏ DÜŞÜBLƏR

  • By admin
  • 19 İyun 2018 15:24

Xəbər verdiyimiz kimi İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, zəhərlənənlərin sayı çox olduğundan xəstəxanada yer tapılmır.

Ancaq İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin bu iddiaları təkzib edib. Baxmayaraq ki, fotolarda xəstəxananın qarşısında yüzlərlə insanın toplaşdığı açıq görünür. Bununla belə baş həkim APA-ya bildirib ki, onların bir çoxu panik vəziyyətdə müraciət ediblər: “Sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur”.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: “Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər”.

Gununsesi.info