- Hər şeydən əvvəl real çalışma planı: Bu o dəməkdir ki, heç bir abuturiyent gündəlik 20 saat dərs oxuyacam deyə plan qurmamalıdır. Çünki bu plana riayət etmədikdə özünə inam azalacaq buda öz növbəsində daha böyük problemlər ortaya çıxaracaq. Çalışma planı içində istirahət, sosial fəaliyyət mütləq olmalıdır.
- Motivasiya: Çox vaxt məktəbdə, kursda, universitetdə və s. necə və nə zaman dərs oxunmalı olduğuna başqa insanlar qərar verir. Lakin insan öz həyatına özü qərar verdikdə motivasiyaya sahib olur.
- Problemlərlə bağlı dəstək: İmtahana hazırlaşanlar istər ailə fərdi istər yaxın dost və ya müəəlim hətta professional psixoloq həkimə ehtiyacı varsa həmin insana mütləq dəstək olunmalıdır.
- İdman: İdman etmə stresi azaltmaq üçün mükəmməl yollardan biridir. Dərin nəfəs alma, əzələ rahatladan çox bəsit idman hərəkətləri belə stresin azaldılmasına böyük təsir edir.
- Bir az rahatlamaq: Əgər imtahan stresi həddindən artıq şəxsi yorursa o şəxsin fikrini mütləq qısa zaman belə olsa başqa sahələrə yönəltmək lazımdır. Məsələn: hər şeydən uzaq 1 günlük təbiət gəzintisi yaxud stadiondan azarkeşi olunan komandanın oyununu izləmək və s.
- Sosial fəaliyyət: Boş vaxtlarda idmanla yanaşı sosial fəaliyyətlərdə iştirak etmək yaxud yardıma ehtiyacı olanlara fiziki kömək etmək s. də stresin azaldılmasına təsir edəcəkdir.
- Müsbət fikirləri dəstəkləyən dialoqlar: İmtahana girəcək şəxslə müsbət fikirli dialoqlar qurmaq çox vacibdir. Sən əlindən gələnin ən yaxşısını edirsən və bunun nəticəsini görəcəksən kimi mənəvi dəstəkləyici cümlələr ilə imatahana girəcək şəxsə kömək etmək lazımdır.
- Narahatlığa sərhəd qoymaq: İmtahan stresinin səbəbi olan narahat olmanın çox təbii hal olduğu başa düşüldükdə ona rahatlıqla sərhəd qoymaq mümkün olacaq. Təbii ki, bunun üçündə həmin şəxs özü-özünü inandırmalıdır.
- Professional dəstək: Yuxarıdada keçdiyi kimi imtahan stresi heç cürə keçmirsə həmin şəxs mütləq psixoloqdan professional dəstək almaıdır. Əks təqdirdə bu şəxsin imtahandan uğurla keçməsi demək olar ki, mümkün deyildir.
İmtahan stresindən qurtulmaq üçün 9 yol
- By admin
- 26 May 2016 16:46
DİGƏR XƏBƏRLƏR
-
21 Aprel 2024 11:09
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar
-
20 Aprel 2024 20:41
BSM-dən açıqlama
-
20 Aprel 2024 16:41
Pasiyent böhtan atır: BSM-dən açıqlama
-
19 Aprel 2024 21:45
ÜST ölkələrə çağırış edib
-
19 Aprel 2024 21:42
Yaz mövsümündə düzgün qidalanma
-
19 Aprel 2024 14:31
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
-
18 Aprel 2024 23:00
Gənc həkimə böyük etimad
-
18 Aprel 2024 22:03
ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub
-
18 Aprel 2024 19:36
Respublika Pediatriya Mərkəzi yaradılıb
-
17 Aprel 2024 19:38
Rusiyadan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
-
17 Aprel 2024 19:20
Tibb müəssisələrində yenilik
-
17 Aprel 2024 15:50
Nazirlik qan duruldan dərmanlarla bağlı əhaliyə xəbərdarlıq edib