İndoneziyada həbsxanada DƏHŞƏT: 40 nəfər diri-diri yandı

  • By admin
  • 08 Sentyabr 2021 09:01

İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərində həbsxanada yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə həbsxananın nümayəndəsinə istinadən “CNN İndonesia” telekanalı xəbər verib.

Məlumata əsasən, yanğın nəticəsində azı 40 nəfər həlak olub.

Bildirilir ki, yanğında xəsarət alanlar da var, onlar xəstəxanaya yerləşdirilib.

Yanğın artıq söndürülüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Gununsesi.info