“İnfiniti” yoldan çıxaraq dərəyə aşıb

  • By admin
  • 15 Oktyabr 2016 10:16

yollllllllllllllllllllllllllllllllll

Bu gün səhər saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən  verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun Qırmızı Qəsəbədən keçən hissəsində qeydə alınıb.

“İnfiniti” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan bir nəfər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info