KTMT-nin yeni baş katibinin seçilməsi məsələsi İrəvan sammitinin gündəliyindən çıxarıldı

  • By admin
  • 15 Oktyabr 2016 10:10

sarkisyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi məsələsi qurumun İrəvanda keçirilən sammitinin gündəliyindən çıxarılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sammitin yekunlarına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilin sonunda Sankt-Peterburqda müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 14-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Sessiyada Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının prezidentləri, Qazaxıstanın isə baş naziri iştirak edib.

KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. N. Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

Gununsesi.info