İngiltərə də karantindən çıxmaq üzrədir: Zəruri olmayan mağazalar da fəaliyyətini bərpa etdi

  • By admin
  • 15 İyun 2020 16:51

İngiltərədə bugündən etibarən zəruri olmayan mağazalar açılıb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, təxminən üçaylıq bir dövrün sonunda bu gün İngiltərədə zəruri olmayan malların satıldığı mağazalar açılıb. Qaydalara əsasən, insanlar bir-birindən iki metr aralıda durmalı, qapalı mağazalarda maska geyinməlidir. Bundan əlavə, bu gündən etibarən İngiltərədə ictimai nəqliyyatda maska geyinmək məcburi hal olub.

Qeyd edək ki, zəruri olmayan mağazalar Şimali İrlandiyada ötən həftə açılsa da, Şotlandiya və Uelsdə hələ də bağlı qalır.

Gununsesi.org