İngiltərə-İtaliya finalını o idarə edəcək

  • By admin
  • 08 İyul 2021 20:54

Avro-2020-nin finalını idarə edəcək hakimin adı açıqlanıb.

Gununsesi. info xəbər verir ki, İtaliya və İngiltərə yığmaları arasında baş tutacaq qarşılaşmanı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

48 yaşlı referiyə bu işdə yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi. info