İngiltərə millisi futbol üzrə U-20 dünya çempionatının qalibi oldu - FOTO

  • Müəllif: admin
  • 11 İyun 2017 20:13

ingiltere

Koreya Respublikasında keçirilən futbol üzrə U-20 dünya çempionatının qalibi İngiltərə millisi olub.

Gununsesi.info FIFA-nın saytına istinadla xəbər verir ki, ingilislər final matçında Venesuela yığmasına minimal hesabla qalib gəliblər – 1:0. Oyunun taleyini həll edən qolu 35-ci dəqiqədə Dominik Kalvert-Levin vurub. Venesuelalılar matçın 74-cü dəqiqəsində hesabı bərabərləşdirmək üçün gözəl imkandan – 11 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər.

Çempionatda üçüncü yer uğrunda İtaliya və Uruqvay milliləri arasında görüşün əsas vaxtında hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasında 4:1 hesabı ilə qalib gələn İtaliya futbolçuları bürünc medallara layiq görülüblər.

Gununsesi.info