İngiltərə Qara dənizə döyüş gəmiləri göndərir  - Ukraynaya DƏSTƏK

  • By admin
  • 18 Aprel 2021 21:33

İngiltərə may ayında “Type 45 destroyer” və “Type 23” hərbi gəmilərini NATO və Ukrayna ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə Qara dənizə göndərəcək.

Redaktor.az bildirir ki, bununla bağlı məlumat “The Sunday Times” qəzetində yer alıb.

Qeyd olunub ki, döyüş gəmiləri istənilən obyekti məhv edə biləcək raketlərlə təchiz olunacaq.

Gəmilərin may ayında İstanbul boğazından keçəcəyi planlaşdırılır.

Gununsesi.info