İngiltərənın keçmiş futbolçusu atışma zamanı yaralandı

  • By admin
  • 06 Sentyabr 2020 09:44

İngiltərə Premyer Liqasının keçmiş futbolçusu Cermeyn Conson Yamaykada güllə yarası alıb.

Gununsesi.info “Daily Mail”ə istinadən xəbər verir ki, 40 yaşlı keçmiş idmançı Kinqston küçələrində atışmanın gedişatında qarnından yaralanıb.

Məlumata görə, naməlum adamlar avtomobildən atəş açıblar. Nəticədə Consonla yanaşı, daha bir neçə nəfər yaralanıb. Sabiq futbolçu xəstəxanaya çatdırılıb.

Consonun hadisə zamanı olduğu ərazi Kinqstonda cinayətkarlığın yüksək səviyyəsi ilə seçilir. Qeyd edilir ki, hücum ölkədə parlament seçkilərində səsvermədən sonra olub.

“Bolton Uonderers” komandasında Consonun aktivində 12 matç var. O, milli komandanın heyətində 73 oyun keçirib. Cermeyn Conson həmçinin digər komandalarda da çıxış edib.

 

 

Gununsesi.info