İnsanlığa sığmayan vəhşilik - YENİ DOĞULMUŞ KÖRPƏNİ 14 YERİNDƏN BIÇAQLAYIB DİRİ-DİRİ BASDIRDILAR - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2017 13:34

1506969508

Taylandın Khon Kaen şəhərində insanlığa sığmayan cinayət törədilib. 

Gununsesi.info big.az-a istinadən xəbər verir ki, meşədə 14 yerindən bıçaqlanan yeni doğulmuş körpə tapılıb.

4 günlük körpə meşədə kəndlilər tərəfindən torpağın altından xilas edilib. Məlum olub ki, körpənin hələ göbəyi də kəsilməyib.

Yoldan keçən kənd sakinləri uşağın ağlamağını eşidib və səsə doğru irəliləyiblər. Yerin altından gələn bu səs atılmış körpənin səsi imiş.

Həkimlər müayinə zamanı uşağın sağ qalmasının möcüzə olduğunu bildiriblər. Polisə təhvil verilən körpəyə “Torpağın oğlu” adı verilib.

Faktla bağlı cinayət işi açılıb.
VƏHŞİLİK! Yeni doğulmuş körpəni 14 yerindən bıçaqlayıb diri-diri basdırdılar (+18 FOTOLAR)
VƏHŞİLİK! Yeni doğulmuş körpəni 14 yerindən bıçaqlayıb diri-diri basdırdılar (+18 FOTOLAR)

Gununsesi.info