İnsanlığın sonuna, özünü yox etməsinə neçə dəqiqə qaldı? – Qiyamət Günü Saatı yenilənir / FOTOLAR

  • By admin
  • 20 Yanvar 2023 17:42

Tanınmış fizika alimi Albert Eynşteyn tərəfindən həyata keçirilən və 72 ildən çoxdur ki, insanlığın özünü yox etmə müddətini bəlli edən Qiyamət Günü Saatı (Doomsday Clock) yenilənir. Rusiyanın Ukraynaya qarşı savaşı davam edərkən dünya çapında dağıntılar yaradan iqlim fəlakətləri və iqtisadi böhranlar səbəbi ilə saatın geriyə alınması gözlənilmimr. Bəs, insanlığın olacaq bir nüvə fəlakətində yox olma müddətini təxmin edə bilərsinizmi?

Gununsesi.info xarici mətbuata istinadən illər içində dəyişən Qiyamət Günü Saatı haqqında nəzərəçarpacaq bilgiləri sizə təqdim edir.

Öncə gələn elm və təhlükəsizlik ekspertləri insan varlığının təhlükələri haqqında narahatlıqlarını təmsil edən “Qiyamət Günü Saatı”na bir yenilənmə gəlir.

 

“Bulletin of Atomic Scientists” (Atomik Alimlər Bülleteni) 24 yanvar 2023-cü ildə Bakı vaxtı ilə 19:00-da simvolik saatın yenidən təqvimlənəcəyini açıqladı. Elm adamları bu saatı “İnsanlığın özünü yox etməyə nə qədər yaxın olduğunun bir metaforası” olaraq təsvir edirlər.
24 Ocak’ta Türkiye saati ile 18:00’de sembolik saatin güncelleneceğini duyurdu. Bilim insanları, bu saati “insanlığın kendini yok etmeye ne kadar yakın olduğunun bir metaforu” olarak tanımlıyor.
Bununla birlikdə Qiyamət Günü Saatının yenidən təqvimlənməsi qərarı “Bulletin of Atomic Scientists” elm və təhlükəsizlik qurumu ilə 11 Nobel mükafatlı adamın da yer aldığı bir qurum tərəfindən alınıb.

RUSYA-UKRAYNA SAVAŞI TƏSİRLİ OLACAQAraşdırmaçılar tərəfindən verilən açıqlamada 2023-cü il üçün Rusiya-ukrayna savaşının bioloi təhdidlərin, nüvə silahlarının yayılmasının, davam edən iqliim böhranının dövlət dəstəkli dezinformasiya kampaniyalarının və dağıdıcı tenologiyaların diqqətə alınacağını bildirdi.

İnsanlıq bu anda öz sonunu gətirməyə 100 saniyə qədər yaxındır

Bununla birlikdə Qiyamət Günü Saatının yelqovan və əqrəbi bu anda gecə yarısına 100 saniyə qalmış şəkildə quraşdırılıb. Gecə yarısı isə atom fəlakətini göstərir. Yəni, insanlıq bu an sahib olduğu nüvə silahlarının hər birini işlətməsi ilə 100 saniyə içində pzünü yox edə bilər.

Başlanğıcda həmin saat gecə yarısına 7 dəqiqə qalmış olaraq təqvimlənmişdi.

 

 

Qiyamət Günü ehtimalının bu günə qədərki ən uzun müddəti isə 1991-ci ildə Soyuq Müharibənin sonlanmasının ardından 17 dəqiqə olaraq qeydlərə keçmişdi.

Eynşteyn və dostları tərəfindən quruldu

 

Digər tərəfdən, “Bulletin of Atomic Sciencists” adlı qurum 1945-ci ildə Albert Eynşteyn, J. Robert Oppenheymer və ilk nüvə silahını emal edən Manhattan Proyektində çalışan digər elm adamları tərəfindən quruldu. 1947-ci ildə fəlakətə qarşı qlobal müdafiəsizliyi simvolizə edən “Qiyamət Günü Saatı” fikri həyata keçirildi.

 

 

Saatın təqvimləri 2007-ci ilə qədər 18 dəfə dəyişdirildi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info